|
İsveçi tərk edərək İŞİD-ə qoşulanlar geri qayıda bilərlər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İsveç Baş naziri Stefan Löfven çıxış edib.
"Onlar İŞİD-in tərkibində iştirak etdikləri üçün vətəndaşlıqdan çıxarılmayacaqlar. Çünki vətəndaşların vətəndaşlıqdan çıxarılması İsveç Konstitusiyasına ziddir. Belə bir şey mümkün deyil. Hökumət bu insanlara geri dönməsi üçün hər hansı bir yardım göstərməyəcək. Ancaq öz imkanları ilə dönsələr, İsveç vətəndaşı olduqları üçün hüquqlarından istifadə etmiş olacaqlar. Günahları olanlar cəzalarını çəkəcək", - Löfven söyləyib.