|
Əfqanıstanın cənub əyalətlərində bir neçə gündür davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə yardımlar göndərilib.
Qeyd edək ki, daha əvvəl təbii fəlakət nəticəsində 20 nəfərin həlak olduğu deyilirdi.