|
ABŞ Prezidenti Donald Tramp yenidən Almaniya kansleri Angela Merkeli sərt şəkildə tənqid edib.
Axar.az xəbər verir ki, Montanadakı mitinqdə çıxış edən zaman tənqidlərini dilə gətirən Tramp Berlinin təcili şəkildə müdafiə xərclərini artırması gərəkdiyini bildirib:
“Almaniya Avropa Birliyinin ən böyük ölkəsi kimi çox kiçik müdafiə xərclərinə sahibdir. AB və Almaniyanın təhlükəsizliyinə əsas zəmanətçi məhz ABŞ-dır. Biz zəmanət veririk, amma onlar sonradan gedib Rusiya ilə milyardlarla dollarlıq neft və qaz müqaviləsi imzalayırlar. Biz isə axmaq kimi onların yerinə hər şeyə ödəniş edirik”.