|
Rusiya Venesuelanın daxili işlərinə qarışır.
Axar.az xəbər verir ki, bunu “Mega TV”yə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Rusiya müdaxilə edib. Onlar Venesuela rəhbərliyinə qarşı gediblər. Onların buna haqqı yoxdur. Rusların Venesuelada olmasına Venesuela xalqı izn verməyib. Bu ölkənin hazırkı lideri Xuan Quaidodur, Nikol Maduro isə keçmişdə qalıb” – deyə o bildirib.
Onun sözlərinə görə, bəzi ölkələrin Venesuela və Latın Amerikasının daxili işlərinə müdaxilə etməməklə bağlı çağırışları ikiüzlülükdür:
“Mən düşünürəm ki, bizim hamımız bundan dərs çıxarmalıyıq. Çin və digərləri ikiüzlü şəkildə Venesuelanın daxili işlərinə müdaxilə etməməklə bağlı çağırışlar edirlər. Onların maliyyə müdaxilələri bu ölkənin dağılmasına şərait yaradıb”.