|
Ötən həftənin hadisələrini analiz etsək, yaxın zamanlarda inqilabi terrorun yeni mövsümünün şahidi olacağımızı deyə bilərik.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Hakimiyyət tənqidi qeyri-adekvat qəbul edir və reytinqinin düşməsinə görə narahatdır. Həmçinin öz vədlərini icra etmək, ölkəni aldığı vəziyyətdə saxlamaq gücündə deyil. Hökumət daxilində fikir ayrılıqlarının olması artıq aydındır. Rejim siyasi məqsədlə olan təqiblərin davam edən reytinq azalmasının qarşısını almayacağını dərk etmir. Bununla yalnız mövcud prosesi sürətləndirmək olar. Ona görə də yaxın zamanlarda təkcə “Taxt oyunları”nın yeni sezonunu yox, həm də “Nikol – Avropanın yeni diktatoru” trillerini izləyə bilərik”, - o bildirib.