|
Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev Qırğızıstan Sosial Demokrat Partiyasının lideri statusundan məhrum edilib.
Axar.az xəbər verir ki, bu məlumat Qırğızıstan Ədliyyə Nazirliyinin saytında paylaşılıb. Atambayevi bu vəzifədə Saqınbek Əbdürrəhmanov əvəz edib.
Qeyd edək ki, Qırğızıstan Sosial Demokrat Partiyası Almazbek Atambayev tərəfindən 1994-cü ildə yaradılıb. Hazırda məhz bu partiya ölkə parlamentinə nəzarət edir, prezident kürsüsünü isə onun nümayəndəsi əlində saxlayır.