|
Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız üçün bizə göstərilən təzyiqlər davam edir.
Axar.az xəbər verir ki, bu sözləri Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç danışıb.
Onun sözlərinə görə, rəsmi Belqradın AB-yə üzvlük niyyətlərinə baxmayaraq, Rusiya Serbiyanın strateji tərəfdaşı olaraq qalır.
“Buna görə də güclü təzyiq göstərilməsinə baxmayaraq, Serbiya Rusiyaya qarşı heç vaxt sanksiya, ya da hər hansı məhdudlaşdırıcı tədbir tətbiq etməyib və etməyəcək. Serbiya Rusiya kimi ənənəvi dostları ilə münasibətləri unutmamalıdır”, - Daçiç bildirib.