|
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən özünümüdafiə xarakterli məqalə yazıb.
Axar.az xəbər verir ki, Köçəryanın məqaləsi “Euractiv.com” saytında dərc olunub. Məqaləsində Köçəryan qanunsuz yerə həbsdə olduğunu deyib:
“Həbsdə qanunsuz saxlanılıram. Müxalif siyasi xadiməm və Nikol Paşinyanın populizmini tənqid edirəm. Dünya liderləri, məhkəmələr, hüquq müdafiəçiləri və vəkillər gərək Nikol Paşinyanın çıxışlarına yox, onun ölkədəki fəaliyyətinə diqqət yetirsinlər. Avropa Şurası və AB liderlərini mənim tərəfimdə dayanmağa və Ermənistan hökumətindən beynəlxalq insan hüquqları standartlarına əməl etməsini tələb etməyə çağırıram”.