|
Belarusdakı prezident seçkisi əvvəlcədən nəzərdə tutulduğu kimi 2020-ci ildə keçiriləcək.
Axar.az xəbər verir ki, bunu parlamentə müraciətində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, parlamentin aşağı palatası üçün nəzərdə tutulan seçki isə 2019-cu ilə baş tutacaq:
“Bizim hökumətimizdə nə olmasından asılı olmayaraq, prezident seçkisi 2020-ci ildə olacaq. Biz xalqla oynamayacağıq, biz siyasi oyunlar təşkil etməyəcəyik”.
Qeyd edək ki, bundan öncə Belarus parlamentinə seçkinin 2020-ci ilin 10 sentyabr, prezident seçkisinin isə 30 avqustda keçiriləcəyi bildirilmişdi.