|
CHP sayəsində separatçı qruplaşmanın müəyyən etdiyi şəxslər millət vəkili kimi parlamentdə yer alacaqlar.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəsini, millətini, cümhuriyyətini, dövlətini sevən hər CHP-çi vətəndaşımızı bu utanc partiyasının rəhbərliyindən hesabat tələb etməyə dəvət edirik”, - Ərdoğan bildirib.
Xatırladaq ki, CHP-nin 24 iyun seçkilərində seçicilərinin bir hissəsini PKK-nın siyasi qanadı hesab olunan HDP-yə səs verməyə yönləndirməsi nəticəsində bu partiya baryeri keçməyi bacarmışdı.