|
Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ABŞ-a səfəri uğursuz olub.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dakı səfirliyinin bütün səylərinə rəğmən Qriqoryanın ABŞ-da ciddi görüşlər keçirə bilmədiyini qeyd edib. Üstəlik, Qriqoryanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonunun da qəbul etməkdən imtina etdiyi bildirilib.
Qeyd edək ki, Bolton keçən ilin oktyabrında Ermənistana səfəri zamanı da Qriqoryanla təkbətək görüşdən imtina etmişdi.