|
BMT-nin Baş katibi Antonio Quterreş Liviyada dərhal atəşin dayandırılması və siyasi dialoqa qayıdılması ilə bağlı çağırış edib.
Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Liviya ilə bağlı təcili toplantı keçirəcəyi gözlənilir.