|
ABŞ Hərbi Hava Qüvvələri komandanı general Devid Qoldfein nüvə müharibəsi zamanı tətbiq edilən planın detallarını açıqlayıb.
Axar.az xəbər verir ki, general nüvə savaşı başlayacağı təqdirdə ilk növbədə ABŞ-ın Avropa Komandalığının (EUCOM) rəhbəri Tod Volterslə birbaşa əlaqə saxlayacağını bildirib.
O, ardınca ABŞ və NATO-nun bütün aviabölmələrinin kəskin şəkildə hücuma keçəcəyini söyləyib.
Qoldfein vurğulayıb ki, sonrakı mərhələdə Amerika torpaqlarına doğru qarşılıqlı hücumun qarşını almaq üçün Şimali Amerika Kosmik-Hava Qüvvələri komandanı Terrens Şauqnessi ilə rabitə yaradılacaq və bundan sonra raketdən müdafiə sistemləri hazır vəziyyətə gətiriləcək.
General son mərhələdə sualtı gəmilərin dənizlərdən dağıdıcı zərbələr endirəcəyini qeyd edib.