|
Rusiya Gürcüstana tətbiq edilən sanksiya ilə bağlı ABŞ-ın reaksiyasına sərt bəyanatla qarşılıq verib.
Axar.az xəbər verir ki, bu barədə bəyanat yayan Rusiya Xarici İşlər Nazirliyi 1974-cü ildən ABŞ-ın Rusiyaya fasiləsiz olaraq sanksiya tətbiq etdiyini bildirib.
XİN ABŞ-ın yarım əsr boyunca Rusiyanı düşmən dövlət kimi gördüyünü və öz vətəndaşlarının həyat və sağlamlığının qorunması altında Rusiyanın xarici siyasət kursuna təzyiq göstərdiyini bəyan edib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Tiflis səfiri Elizabet Rud Rusiyadan Gürcüstana təyyarə uçuşlarının dayandırılması ilə bağlı sanksiyanın haqsızlıq olduğunu vurğulayıb.