|
ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranın atdığı addımları anlayırıq. Lakin Tehran da ölçülmüş-biçilmiş şəkildə davranmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Vyanada beynəlxaq təşkilatlardakı daimi nümayəndəsi Mixayıl Ulyanov deyib.
“İran mövcud durumu daha da qəlizləşdirəcək addımlardan çəkinməlidir. İranın uranın zənginləşdirməsi səviyyəsini artırması gözlənilməz addım idi. Tehran əvvəldən şəffaf siyasət yürüdürdü”, - deyə diplomat bildirib.