|
Komandası Vladimir Zelenskinin ictimai çıxışlarını məhdudlaşdırır ki, parlament seçkiləri öncəsi Xalqın Xidmətçisi Partiyasının reytinqi düşməsin.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı, “Müxalif platforma – Həyat üçün” partiyasının liderlərindən biri Vadim Rabinoviç deyib.
“Onun yanlış sözlər deməməsi üçün ictimai yerlərdə çıxışına icazə vermirlər. Partiyanın ayrı-ayrı üzvləri açıqlama verir”, - deyə deputat bildirib.
Qeyd edək ki, 21 iyulda Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.