|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın yeni baş naziri Kiriakos Miçotakis arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, türk lider Miçotakisi təbrik edib, nəticələrin Yunanıstan-Türkiyə əlaqələrinə müsbət təsiri olacağına ümid etdiyini bildirib.
Miçotakis də öz növbəsində Ərdoğana təşəkkürünü bildirərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf edəcəyini qeyd edib.
Xatırladaq ki, Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərini qalibi Yeni Demokratiya Partiyası olub.
Partiya rəhbəri Kiriakos Miçotakis sabah hazırki baş nazir Aleksis Çiprasdan hakimiyyəti təhvil alacaq.