|
Ukrayna hakimiyyəti ukraynalı dənizçilərin azad edilməsi üçün əlində gələni edir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter hesabında yazıb.
“Biz gecə-gündüz işləyirik ki, girovluqda olan dənizçilərimizi qaytaraq. Hər şeyi edirəm ki, qayıdışla bağlı kəlmələr sonunda dostlarımıza qovuşmaqla nəticələnsin”, - deyə prezident qeyd edib.