|
ABŞ sentyabrın əvvəlində aşağı vergi daxilolmaları ucbatından defoltla üz-üzə qala bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi İkipartiyalı Siyasət Mərkəzinin hesabatına əsasən yayıb. Məlumata görə, əgər Konqres dövlət borcu limitinin artırılması barədə qərar qəbul etməsə, ABŞ sentyabrın əvvəlində dövlət borcu limitini aşa bilər.
Təşkilatın İqtisadi Siyasət Şöbəsinin rəhbəri Şay Akabas Konqresin lazımi qərarı qəbul etmədən məzuniyyətə getməməli olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton əks halda öz kredit öhdəliklərinin icra edə bilməyəcək.