Deyilənə görə, hələ 2012-ci ildə İsrail 20 faizə qədər zənginləşdirilmiş 240 kiloqram uran ehtiyatını “qırmızı xətt” kimi qəbul edib.

Bu həddin keçilməsi halında İranın hədəflərinə hava zərbəsi endiriləcəyi qeyd olunub.

Axar.az xəbər verir ki, bu sözləri raket-nüvə proqramı üzrə rusiyalı ekspert Vladimir Xrustalyov İranın nüvə sazişi üzrə uranın zənginləşdirilməsi həddini (3.67 faiz) keçməsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, MAQATE və digər qurumların mütəxəssislərinin fikrincə, 20 faizə qədər uranın zənginləşdirilməsi aşağı hədd, 20 faizdən yuxarı isə yüksək zənginləşdirilmiş uran sayılır:

“80 faiz və daha yuxarısı isə artıq silahlanmada istifadə olunan həddir. Hərçənd SSRİ-də hətta 75 faiz zənginləşdirilmiş urandan hazırlanan bombalar da vardı. Bununla yanaşı 80 faizlik yüksək zənginləşdirilmiş uran yanacağından istifadə edilən tədqiqat reaktorları da olub”.

Ekspert bu tapşırığın yerinə yetirilməsi üçün mümkün texniki imkanlar məsələsinə də diqqət ayırıb:

“1. Nəyə görə onlar maksimum xərc tələb edən 63 kiloqramlıq konstruksiyalar hazırlamalıdırlar? Onlar üçün imploziv xarakterli bombanı düzəltmək top tipli bombadan daha asandır. Belə ki, bir bomba üçün 15-18 kiloqram 90-93 faiz yüksək zənginləşdirilmiş uran tələb olunur. 2. Santrifuqlar – aşağı səviyyədə zənginləşdirilmiş urandan bir bombalıq material əldə etmək üçün bir il ərzində 143-176 belə maşının xidmətindən istifadə etmək lazımdır. Hətta bu həcmdə bombanın 2-3 ay ərzində hazırlanması üçün material toplamağa görə maşın sayını 1000-ə yüksəltsək belə, həmin obyekti çox rahatlıqla gizlətmək mümkündür. İstehsal üçün santrifuqların yerləşdirilməsinə ən azı 250 kvadrat metr ərazi (raket briqadalarını texnikası ilə birlikdə gizlətmək iqtidarında olan yeraltı baza quran ölkə üçün bu, su içmək kimi bir şeydir) tələb olunur. Obyektin elektrik təchizatının gücü 100 kilovatdan aşağı olacaq və bununla belə enerji sərfiyyatı ildə 100 min kilovat-saatdan az olacaq. Belə bir iş üçün hətta obyekti dizellə təchiz etmək də bahalı olmazdı. Tamamilə mağara və bənzər yerlərlə dolu ölkədə bu cür xırdalığı tapmaq imkansızdır! Bax, buna görə də İran aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatına sahib olmaq və bu ehtiyatlardan öz ehtiyac, öhdəlikləri üçün istifadə etmək istəyir. Bu və onun materialları fərqli mülki təyinatlıdır. İran həmçinin əlavə zənginləşdirmə yolu ilə bombaların hazırlanmasında bundan “tez hazırlanan” ləvazimat kimi istifadə edə bilər. Yaponiya da analoji üsulu diqqətdə saxlayır. Onlar bütün texnologiyalara sahibdirlər və bilərəkdən hazır bombadan 2-3 il özlərini geridə tuturlar. Əgər onlara belə bir bomba lazım olsa, bu zaman yaponlar yuxarıdan “hazırlayın” əmri aldıqdan sonra dünyanın buna münasibətindən asılı olmayaraq, müstəqil şəkildə nüvə silahını hazırlayacaqlar.

Görünür, Tehranda kimlərsə aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına və yığılmamış santrifuqlara sahib olmaq istəyir ki, nüvə sazişindən çıxacağı halda bombanı dərhal hazırlaya bilsin”.

Qeyd edək ki, İran müqavilə üzrə öhdəliklərinin azaldılmasının ikinci mərhələsinin başlandığını elan edib. İran İslam Respublikası bu addımı müqavilənin üzv ölkələrinin 60 gün ərzində rəsmi Tehran tərəfindən irəli sürülmüş tələbləri yerinə yetirməməsi ilə əlaqələndirib. İran həmçinin öhdəliklərin azaldılmasının üçüncü mərhələsini də elan edib ki, bu çərçivədə uranın zənginləşdirilməsi səviyyəsi 20 faizə qədər yüksəldilə bilər.

27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI
26 Noyabr 2024 Çin alimləri "Ulduz müharibələri"ndəki ölümcül silahı yaratdıqlarını iddia edir
26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi

Xəbər lenti