|
ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Riçard Spenser təyin edilib.
Axar.az xəbər verir ki, bu məlumatı “Militari Tayms” qəzeti yayıb. Qəzet ABŞ Prezidenti Donald Trampın müdafiə naziri vəzifəsində Mark Esperi görmək istədiyini, amma onun müdafiə naziri vəzifəsinə namizədliyinin Senatda müzakirəyə çıxarılması ucbatından nazir səlahiyyətlərinin müvəqqəti icraçısı ola bilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə Esperi müdafiə naziri səlahiyyətlərinin müvəqqəti icraçısı təyin etmişdi.