|
ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Qətər əmiri Təmim bin Həməd əl-Sani ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər arasında əsas müzakirə mövzusu Fars körfəzindəki situasiya olub. Hər iki tərəf İran rejiminin provokativ fəaliyyətinə qarşı birgə mübarizə barədə razılaşıblar.
Pompeo ilə Sani həmçinin Sudan, Liviya və Əfqanıstanla da bağlı müzakirələr aparıblar.