|
Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə zəng etməli idi.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın “Müxalif platorma – Həyat naminə” partiyasının üzvü, deputat Nestor Şufriç deyib.
“Şükür Allah, bu telefon zəngi düzgün istiqamətdə idi. İstənilən səviyyədə istənilən görüş irəliləyiş deməkdir. Mənim iki sualım var: Nə üçün 53-cü gündə Zelenski məsuliyyəti hiss edib Putinə zəng etdi? Nə üçün 5-ci, yaxud 7-ci gün yox?” - deyə Şufriç bildirib.
Deputat məhz partiyasının çağırışları nəticəsində Zelenskinin Kreml rəhbərinə zəng etməsini istisna etməyib:
“Biz göstərdik ki, bunu edə bilərik. Mən və şəxsən bizim komanda 52 gün bununla bağlı çağırış etdi. 53-cü gündə o, zəng etdi və birbaşa danışıqlar apardı”.
Qeyd edək ki, dünən V.Zelenki və V.Putin arasında telefon söhbəti baş tutub.