|
BMT Baş katibi Antonio Quterreş İsrailin fələstinlilərin evlərini dağıtmaq siyasətini dayandırmasının vacibliyini bəyan edir.
Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak deyib.
O bildirib ki, Fələstinin işğal edilmiş ərazilərinə humanitar yardımların çatdırılması üzrə koordinator Ceymi Makqoldrik fələstinlilərin yaşadığı Sux-Baxir ərazisində İsrail hökumətinin evləri sökməsindən dərin narahatdır:
“BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladenovun dediyi kimi, heç bir humanitar yardım fələstinlilərin çəkdiyi əzabları kompensasiya etmir. Mladenov bildirdi ki, İsrail mütləq şəkildə bu siyasəti dayandırmalıdır”.