|
MHP-nin bizimlə eyni anlayışda olmasından məmnunam.
Bu birliyə sahib çıxacağıq. Cümhur İttifaqını Məclisdə də davam etdirəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz sadəcə birinci olmaqla kifayətlənəcək və bunu uğur hesab edəcək bir siyasi partiya deyilik. Biz Türkiyəni 16 ildir fasiləsiz islahatlarla idarə etdik və qarşıdakı müddətdə də bunu etmək məcburiyyətindəyik. Yeni dönəmdə Məclisə çox böyük öhdəliklər düşür”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Cümhur İttifaqı AKP və MHP-dən təşkil olunub.