|
Türkiyə bu günə qədər Suriyada İŞİD-lə mübarizədə çox səy göstərdi.
NATO müttəfiqinə sanksiya tətbiq etmək ciddi bir addımdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi bəyanat verib.
Bəyanatda bildirilib ki, Dövlət katibi və Prezident sanksiya məsələsində bir qərar verərsə, nəticə açıqlanacaq.
Qeyd edək ki, iki gün öncə Ağ Evdə Prezident Donald Tramp və 45 senatorun iştirakı ilə Türkiyəyə sanksiya tətbiqi barədə müzakirələr aparılıb, ancaq konkret bir qərar verilməyib.