|
Rusiya beynəlxalq stabillik və təhlükəsizlik məsələlərinin həll edildiyi dünyanın əsas zonalarının hamısında praktik olaraq mərkəzi oyunçudur.
Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cuzeppe Konte deyib. O, AB-nin Moskva olmadan heç bir böhranı həll edə bilməyəcəyini söyləyib.
Konte Rusiyanın Avropanın ən böyük qonşusu olduğunu bildirib.
Baş nazir həmçinin Avropanın ABŞ-Rusiya dialoqunda müşahidəçi statusunda qalmaması gərəkdiyini vurğulayıb. Bununla bərabər, o, İtaliyanın Rusiya ilə münasibətlərinin onun NATO ilə bağlı seçimini şübhə altına qoymadığını deyib.