|
Əgər ABŞ həbsxanalarındakı avropalı İŞİD-çiləri öz doğma ölkələri qəbul etməsə, Vaşinqton 2500 terrorçunu azadlığa buraxa bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz İŞİD-in minlərlə döyüşçüsünü saxlayırıq. İstəyirik ki, Avropa onları qəbul etsin. Əgər həmin ölkələr terrorçuları qəbul etməsələr, biz böyük ehtimalla onları Avropaya buraxacağıq”, - o bildirib.