|
Bir il əvvəl Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko dünyanın ən təhlükəli ölkələrindən birinə ezamiyyətin təşkilatçılarının planlı əməliyyatının qurbanı ola bilər.
Axar.az xəbər verir ki, bu fikri Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev dəstəkləyib.
Orxan Camalın komandasının Mərkəzi Afrika Respublikasına səfərinin şərtlərini təhlil edən ekspertin fikrincə, jurnalistlərin ölümünün bədbəxt hadisə deyil, planlı aksiya olmasına dair şübhələr mövcuddur:
“Bunu səfər təşkilatçılarının planlaşdırmasını istisna etmək olmaz. Birbaşa olaraq onlar tərəfindən planlaşdırılıb demək də olmaz, ancaq dolayı işarələr onu göstərir ki, mühafizə təmin olunmayıb, onlar heç bir yerdə qeydiyyatdan keçirilməyib. Hər şey elə edilib ki, insanlar istənilən zaman aradan götürülə biləcəkləri həddən artıq təhlükəli zonada olsunlar. Elə bu da baş verdi”, - Perenciyev bildirib.
Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.