|
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından imtina etməsindən sonra Vaşinqtonu özünütəcridə son qoymağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Zərif Tvitter hesabında yazıb.
“Nə İranla Çinə qarşı iqtisadi terror, nə də daha bir müqavilədən çıxmaq qlobal ticarət dəyişikliklərini və qüvvələr balansını dəyişə biləcək. ABŞ özünütəcridə son qoymalı və yeni qlobal reallıqlara adaptasiya olmalıdır”, - Zərif bildirib.