|
Cənubi Koreya Şimali Koreyadan qorunmaq üçün ABŞ-a daha çox pul ödəməyi qəbul edib.
Axar.az xəbər verir ki, Tramp ötən il Cənubi Koreyanın ABŞ-ın hərbi müdafiəsi üçün 990 milyon dollar ödədiyini bəyan edib.
Tramp Tvitter hesabında həmçinin qeyd edib ki, iki ölkə arasında əlaqələr çox yaxşı vəziyyətdədir:
"Son onilliklərdə ABŞ Cənubi Koreyadan çox az ödəniş qəbul edirdi, ancaq Prezident Donald Trampın tələbi ilə məbləğ 990 milyon dollar oldu".