|
Çinin Honkonq şəhərində iki mərtəbəli avtobusun qəzaya uğraması nəticəsində azı 33 nəfər xəsarət alıb. Yol-xeber.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Lam Tin və Kovlon Bayı birləşdirən avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, mərkəzdən Tai Poy istiqamətinə hərəkət edən 307 saylı iki mərtəbəli marşrut avtobusun sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək tunelin girişi yaxınlığında yol ayrıcındakı beton arakəsməyə çırpılıb.
Xilasedicilərin bildirdiyinə görə, avtobusun ciddi zərər görməsinə baxmayaraq xoşbəxtlikdən ölən olmayıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.