Moskvanın hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib. Məlumata əsasən, Vnukova hava limanında 5 reys gecikir və 2 reys ləğv edilib. Domodedovoda 3 reys gecikir, 14 reys ləğv edilib, Şerementyevoda isə ümumilikdə 2 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.