|
Türkiyənin Mardin vilayətində minik avtomobilinin və servis avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident ötən gecə Qızıltəpə - Mardin avtomagistralında qeydə alınıb.
Məlumata görə, fabrika işçilərini daşıyan Nüsrət Yalçınqayanın idarə etdiyi 47 S 2129 qeydiyyat nömrə nişanlı avtobus, polislərin olduğu minik maşını ilə toqquşub. Zərbənin şiddətindən sürüklənərək səkiyə dəyən avtobus aşıb.
Nəticədə 2-si polis olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla
Qızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb. Deformasiyaya uğramış nəqliyyat vasitələri isə evakuatorlarla avtomobil dayanacağına aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.