|
Türkiyəli Ərbakan Malkoç "danışan avtomobil" düzəldib. Yol-xeber.az xəbər verir ki, "Dizi" adlandırdığı sistemin köməyi ilə avtomobildə istənilən hərəkti sadəcə demək kifayət edir. Məsələn pərdələrin bağlanması, masanın açılması, şüşənin qapanması və.s sadəcə istədiyin dili seçib əmr verə bilərsən nəticədə avtomobil sistematik olaraq bunu icra edəcək.
Qeyd edək ki, bu gün Dizayn Vip markası ilə dünyanın ən yaxşı avtomobil dizaynerlərindən birinə çevrilən, dünyanın sayılan iş adamları, sənətçiləri və idmançıları üçün vertolyotlar, yaxtalar və avtomobillər hazırlayan Ərbakan Malkoç, Avropanın ən yaxşı avtomobil dizayneri mükafatını alıbdır. Türkiyəni dünyaya tanıtmaq və bu sektorda ən yaxşı şəkildə təmsil etməkdədir. 9 yaşında bir avtomobil təmir sexində bir şagird kimi çalışmağa başladı, ancaq avtomobili almaz kəsici ilə cızdığına görə işdən qovulduğu bu dövrləri heç unutmadığını bildiribdir.
Bu gün 100% yerli türk markası olan Dizayn Vip-in qurucusu və İdarə Heyətinin sədridir.
Sizlərə təqdim olunan video Cenevrə 2019 avtosalonunda baş tutmuş sərgindəndir.