|
Ötən gün saat 20 radələrində dini yönümlü bir qrup radikal şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiyanın qarşısını alan və öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid etməsini ölkənin tanınmış şəxsləri də sərt şəkildə qınayıb və üzüntülərini bildiriblər.
Gəncədə polislərin öldürülməsi ilə nəticələnən iğtişaşları qınayır və pisləyirəm.
Hazırda Gəncədə həyat öz axarı ilə davam edir. Şəhərdə asayiş tam bərpa olunub.
Hamımız dövlətimizin yanında olmalıyıq və ölkəmizi qarışdırmaq istəyən xarici və daxili qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.
Hələ mən bir neçə gün öncə bildirmişdim ki, bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar.
Hadisələrin gedişi onu göstərir ki, ölkədə sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər.
Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta bilər.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının illik 27-ci sessiyasının plenar iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova isveçli deputat Kristian Holm Barenfeldin Azərbaycanda məlum demokratik quruculuğun müsbət dinamikasını və insan haqlarının möhkəmləndirilməsi prosesini görməyə hazır olmadığı ilə bağlı məyusluğunu ifadə edib.
Gəncəlilər bu məqamda dövlətin yanında olacaq.