Bu gün dünya kataklizmlər dövrünü yaşasa da, Azərbaycan sabitlik adasına çevrilib.

Bunun əsasında Prezident İlham Əliyevin apardığı siyasət dayanır. Son dövrlər Azərbaycan liderinin strateji manevrləri xüsusilə diqqət çəkir. Həm ABŞ, həm Avropanın aparıcı dövlətləri, həm Rusiya və regionun digər ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilir.

Bu gün ABŞ-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktublarda Vaşinqtonun Bakıya verdiyi önəm aydın şəkildə ifadə olunur. Rusiya prezidenti Vladimir Putin də Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinə üstünlük verir. Sentyabrın 1-də Azərbaycan və Rusiya liderlərinin Soçidə keçiriləcək görüşü də buna əyani sübutdur.

İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan dünya üçün əvəzolunmaz ölkəyə çevrilib. Beynəlxalq nəqliyyat layihələri də bunu deməyə əsas verir. Azərbaycan liderinin uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün dünya ölkələrini birləşdirən nəqliyyat şəbəkələrinin ürəyini təşkil edir. Bu, ölkəmizin siyasi əhəmiyyətini artırmaqla yanaşı, böyük iqtisadi dividendlərin əldə olunmasını da təmin edir.

Bu layihələri biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.

Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi bu layihə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Nəqliyyat dəhlizi ilə bağlı işlərin birinci mərhələsi artıq başa çatıb. Azərbaycan ərazisində olan hissəsi isə istismara tam hazırdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Diqqət çəkən məqamlardan biri də odur ki, ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun yaradılması planlaşdırılır.

Latviya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu marşrut “Şimal-Cənub” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.

Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən “Şimal-Cənub” dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bu, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivlərinin olduğunu göstərir. İranla dəmir yolu xəttinin inkişafı “Şimal-Cənub” dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək.

Dünyanın nəqliyyat şəbəkəsinin ürəyinə çevrilən Azərbaycan artıq Uzaq Şərqdən Uzaq Qərbə qədər uzanan bütün yolların birləşdirici faktorudur.

Azərbaycan bu gün dünyanın enerji arteriyasında əsas lokomotivlərdəndir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Transanadolu boru kəmərinin (TANAP) açılışı ilə Azərbaycan Avropanın qaz bazarında yerini gücləndirdi. Bu, layihə Avropanın enerji xəritəsini dəyişdirəcək addım hesab olunur.

Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin əsas hissəsi olan TANAP-ın nəql həcminin əvvəlcə 16 milyard kubmetrə, sonra 24 milyard kubmetrə, ən sonda da 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq, Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanır.

TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.

TANAP-ın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bildirib ki, bu, dörd böyük layihədən ibarətdir: “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2

trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.

Bu nəhəng layihənin reallaşmasında Azərbaycan və Türkiyənin böyük iradəsi və əməyi var. Layihə gündəmə gələndə çoxları bunun utopiya olduğunu iddia edirdi. Lakin bugünkü nəticə utopik iddiaları alt-üst etməklə yanaşı, Bakı və Ankaranın regionda əsas güc olduğunu da sübut etdi. Burada təbii ki, Azərbaycan-Türkiyə qardaşlıq faktoru da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə qardaşlığına toxunaraq qeyd edib: “Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir”.

Dövlət başçısı əlavə edib ki, Türkiyə və Azərbaycanın enerji layihələri bölgəyə sabitlik gətirir.

“Bu layihələrdən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan liderinin də dediyi kimi, layihədə yeddi ölkə iştirak edir və hər biri bu layihədən qazanc götürəcək.

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri də məhz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi fonunda diqqət çəkən məqamdır.

Almaniya kanslerinin Bakıda səsləndirdiyi fikirlər də Avropanın Azərbaycana münasibətini aydın şəkildə ifadə edir.

“Bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq. Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq”, - deyə Angela Merkel qeyd edib.

Göründüyü kimi, Azərbaycan lideri İlham Əliyevin ağıllı və düşünülmüş siyasəti ölkəmizi dünyanın güc mərkəzləri sırasına çıxarmaqdadır. Bakının ayaq səsləri dünyada aydın eşidilir!

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti