4 mart tarixində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən tədbirləri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş olub.

Yol-xeber.az" xəbər verir ki,  Görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər və beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTD Birgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələr aparılıb.

Orta Dəhlizin əsas tranzit ölkələrinin dəmir yolu ilə yükdaşımalarda əməkdaşlığının regional əhəmiyyəti, illik yük ötürmə gücü 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmiryol xəttinin Şərq-Qərb istiqamətində yük nəqlinə mühüm töhfəsi vurğulanıb.

Tərəflər ötən ilin mart ayında Çinin Sian şəhərində istifadəyə verilmiş Qazaxıstanın nəqliyyat-logistika mərkəzindən ilk konteyner blok-qatarının göndərilməsini sözügedən əməkdaşlığın uğuru kimi qeyd ediblər.

2024-cü ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilmiş 287 blok-qatarın qəbul edildiyi, bu il həmin rəqəmin 600-ə çatdırılması üçün işlərin görüldüyü bildirilib.

Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgə səylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusi vurğulanıb.

Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyət istiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcminin artırıla biləcəyini qeyd ediblər.

 
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib

Xəbər lenti