|
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun sədrliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə cari il ərzində agentlik tərəfindən yol infrastrukturunun yenilənməsi və müasirləşməsi istiqamətində, xüsusən də Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunub yekunlaşdırılan və davam etdirilən layihələr barədə məlumat verilib.
Həmçinin 2022-ci ilin iş planına əsasən qarşıda duran vəzifələr, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun konsepsiyanın hazırlanması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Belə ki, agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə İdarə heyətinin sədri Saleh Məmmədov tərəfindən əmr imzalanıb.
Müşavirədə əmrin icrası ilə bağlı rəhbər şəxslərə tapşırıqlar verilib.