"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə  vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.  
Nazir əvvəlcə Qəbələ şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından qəbula gələn 104 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. 
Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub. 
Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Sonda general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.    
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü  Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

ZYN_7750

ZYN_7754

ZYN_7807

ZYN_7750

ZYN_7904
ZYN_7929

ZYN_7935
10 May 2025 Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib FOTO
10 May 2025 Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - Fotolar - Yenilənib
08 May 2025 AİB Bakı metropolitenində yeni yaranan sahələrin inkişafına təkan verəcək
07 May 2025 Daxili işlər naziri xidmətə qəbulIa bağlı növbəti sıra baxışı keçirib
30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər

Xəbər lenti