|
Yol-xeber.az" xəbər verir ki, Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-də olub.
Nümayəndə heyətini qəbul edən ADY sədri Rövşən Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.
Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.
Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən "Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan" marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə edib.