BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 20 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) birgə təşkilatçılığı ilə “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbir keçirilib.

Yol-xeber.az" xəbər verir ki, Tədbir iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın lider rolu və dayanıqlı nəqliyyatın təmin edilməsi, xüsusilə dəmiryol şəbəkəsinin karbon emissiyasının azaldılmasına verdiyi həlledici töhfəyə həsr olunub.

Tədbirin əsas müzakirə mövzuları Azərbaycanın tranzit qovşağı olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yükdaşımaların artırılmasında aktiv fəaliyyəti, dəmir yolları nümunəsində nəqliyyatda dekarbonizasiya səyləri, ADY-nin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində artan rolu olub.

ADY sədri Rövşən Rüstəmov tədbirdə “Azərbaycanın regional və qlobal iqlim məqsədlərinə nail olunmasında Azərbaycanın rolu: Ölkənin nəqliyyat strategiyasında dəmir yollarının rolu” mövzusunda çıxış edərək Azərbaycan Dəmir Yollarının qlobal iqlim çağırışlarına uyğun olaraq 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olması, beynəlxalq GRI və SASB standartları əsasında ADY-də müvafiq diaqnostikanın aparılması və bu diaqnostikanın nəticəsi olaraq ilk dəfə “Dayanıqlılıq hesabatı”nın hazırlanaraq ictimaiyyətə təqdim olunması barədə məlumat verib.

Rövşən Rüstəmov qeyd edib ki, son iki ildə ADY karbon emissiyasının azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edib, Azərbaycan dəmiryol şəbəkəsinin 63%-i elektrikləşdirilib və bərpa olunan enerjinin potensialından geniş istifadə edilib. 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

ADY sədri bildirib ki, COP29-da əsas gözləntilərdən biri dayanıqlılıq təşəbbüslərinin maliyyələşdirilməsidir. Bu məsələ həmçinin Azərbaycan Dəmir Yollarının gündəliyində yer alıb. ADY-nin 2030-cu ilə qədər Strategiyasında yaşıl maliyyələşmə imkanlarından istifadə etməklə dayanıqlılıq layihələrinin icra edilməsi öz əksini tapıb. Ötən ay Asiya İnkişaf Bankı (AİB) ilə dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədinin imzalanması bunun bariz nümunəsidir.

Sonra Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Beynəlxalq Dəmir Yolları İttifaqının sədri və Polşa Dəmir Yollarının baş icraçı direktoru Alan Berud, AİB-nin Nəqliyyat Sektoru Qrupunun direktoru Ceyms Leder, “Masdar” şirkətinin Azərbaycan üzrə direktoru Murad Sadıxov və ADY sədrinin müavini Arif Ağayev dəmir yollarının ekodost nəqliyyat növü olması, bərpa olunan enerjidən istifadənin artırılması təşəbbüsünün dəstəklənməsi və beynəlxalq maliyyə institutları tərəfindən bu təşəbbüsün maliyyələşdirilməsi kimi məsələlər ətrafında çıxışlar ediblər.

Daha sonra sual-cavab formatında panel müzakirələri təşkil olunub, nəqliyyat ekspertləri və media nümayəndələri adıçəkilən qurumların rəhbərlərinə beynəlxalq dəhlizlərin inkişafı, rəqəmsallaşma, yükdaşımalarda aşağı karbon göstəricilərinə nail olunması üçün gələcək hədəflər barədə suallar ünvanlayıb və bu istiqamətlərdə səmərəli müzakirələr aparılıb.

Sonda ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalanıb.

 
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO
20 Sentyabr 2024 Azərbaycan, Avstriya və Türkiyə Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı gücləndirir

Xəbər lenti