Yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. 
Yol-xeber.az" xəbər verir ki, İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub.
Qeyd olunub ki, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilib. Daxili işlər orqanlarının əməkdaşları miqyasına görə indiyədək ölkəmizdə keçirilən konfrans, yarış və mərasimlərlə müqayisəyə gəlməyən COP29-un yüksək təhlükəsizlik şəraitində keçməsi üçün üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində əzmlə yerinə yetirib. 
Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib. 
Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub. 
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb. 
Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib. Bu istiqamətdə əldə olunmuş  müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib. 
Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib. 
Həmçinin ölkədə aparılan antinarkotik təbliğatın əhəmiyyətini qeyd edərək ötən il bu sahədə ərazi polis orqanlarının rəhbərlərinin iştirakı ilə 1200-ə yaxın maarifləndirmə tədbirinin keçirildiyini nəzərə çatdırıb, bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, cari ildə də fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.
Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib. Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.
Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.  
Diqqətə çatdırılıb ki, hesabat ilində 6.055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4.468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib. 
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib. “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, əldə olunan nəticələrdən, mövcud olan nöqsanlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.
Kollegiya iclasına yekun vuran nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, bundan sonra da hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının etibarlı qorunmasını, əməkdaşların vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına daim riayət etməsini, eyni zamanda qətiyyətli olmasını, qanunçuluğun möhkəmləndirilməsini, peşəkarlıq səviyyəsinin artırılmasını tələb edib, xidməti fəaliyyətin səmərəliliyinin davamlı olaraq artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. 
Həmçinin bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrin icrasını davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə və əzmlə həyata keçirməyə çalışır. 
Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.  

_Y7A8241_1

22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar 2025 AAYDA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar 2025 20 Yanvar: Metropolitençi Şəhidlərin Əziz Xatirəsinə Hörmət
13 Yanvar 2025 Rayon Qeydiyyat İmtahan və Texniki Baxış Şöbələri: Nəqliyyat Vasitələrinin Təhlükəsizliyi və Qanunvericiliyə Uyğunluğu Nəzarətində
09 Yanvar 2025 ADY: Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə amil təsir edib - MÜSAHİBƏ
09 Yanvar 2025 Daxili işlər naziri Vilayət Eyvazov İsmayıllı rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
28 Dekabr 2024 Daxili işlər nazıri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
24 Dekabr 2024 Görülən işlər və qarşıda duran vəzıfələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
20 Dekabr 2024 Siyəzən və Xızı rayonlarindan olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
18 Dekabr 2024 ADY və İran Dəmir Yolları arasında bir sıra əməkdaşlıq istiqamətləri müzakirə edilib
13 Dekabr 2024 Astara və Lənkəran sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti