Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yol-xeber.az xəbər verir ki, Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq “B4”-“B5”-“B?”-“B6”-“B7”-“B8” adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

Yeni stansiyalarla bağlı bir sıra detallar məlum olub.

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib ki, 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq “Bakı Metropoliteni”nin 10 yeni stansiyası inşa olunmalıdır.

“Bu stansiyalardan 6-sı “Bənövşəyi” xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir. Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.

Bunlardan əlavə, növbəti stansiya “Port Baku” yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. “Ağ şəhər” layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.

Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.

Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək”, – açıqlamada deyilir.

20 Fevral 2025 Azərbaycanda 8 qurum birləşdi - SİYAHI
20 Fevral 2025 ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 və 23 fevral tarixlərində əlavə qatar reysləri təyin edir.
20 Fevral 2025 Mənzil satışında yenilik - Bundan sonra...
19 Fevral 2025 Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ
18 Fevral 2025 Danışıqlar aparılıb: Quru sərhəd bu tarixdən açıla bilər
18 Fevral 2025 Ödənişli yoldan istifadə edənlər üçün yenilik - Video
13 Fevral 2025 ADY-də departament rəhbəri təyin olundu - FOTO
13 Fevral 2025 Azərbaycanda bu yol yenidən quruldu - Video
13 Fevral 2025 Lirə ucuzlaşdı, avro və rubl bahalaşdı - Günün məzənnəsi
12 Fevral 2025 Ötən ay metroda sərnişin daşınması ARTIB
12 Fevral 2025 Yanvarda 18 milyona yaxın sərnişin Bakı metrosundan istifadə edib
11 Fevral 2025 Azərbaycanda un bahalaşdı - SON QİYMƏTLƏR
11 Fevral 2025 İrandan gətirilən 47 ton kartof məhv edildi
10 Fevral 2025 Kriptovalyuta bazarının son göstəriciləri
06 Fevral 2025 Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq
06 Fevral 2025 Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Bu şərtlərdən 5 min insan yararlanacaq
06 Fevral 2025 Mərkəzi Banka yeni baş direktor təyin edilib
04 Fevral 2025 Qızıl və gümüş ucuzlaşdı
04 Fevral 2025 Bu günə olan valyuta mezənnələri
03 Fevral 2025 Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb

Xəbər lenti