|
Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdır.
Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacağam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum".
Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ” klubunun futbolçusu Araz Abdulayev klubun saytına açıqlamasında deyib. 26 yaşlı yarımmüdafiəçi çıxış etdiyi mövqedə rəqabətin olduğunu bildirib: "Kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, lakin komanda şəkilində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer alsaq da, “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram".
Abdullayev “9” nömrəli forma seçiminə də toxunub: "Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə qol bə məhsuldar ötürmələrlə komandama kömək edəcəym”.
Azərbaycan millisinin də formasını geyinən oyunçu sonda azarkeşlərə səslənib: "Qarabağ”ın azarkeş ordusu çoxdur. Avrokubok oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və onlar nəticə gözləyirlər. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşləri öz oyunumla sevindirməyə çalışacağam. Bizi sona qədər dəstəkləsinlər”.
Qeyd edək ki, "Qarabağ" Araz Abdullayevi Yunanıstanın “Panionios” komandasından 2 illik icarəyə götürüb.