"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur

25 Noyabr 2024 "Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək

Xəbər lenti