|
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
"Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
"Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.
""Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.
29-cu dəqiqədə Marko Pyaça fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.
"Qarşılaşma "Maksimir" stadionunda keçirilir. Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç