“SOCAR Petroleum” yeni modul tipli yanacaq doldurma məntəqəsini (YDM) istifadəyə verdi.

"Ölkə.Az"a verilən məlumata əsasən, Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli YDM istifadəyə verildi.

Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırıldı. “SOCAR Petroleum”-un peşəkar mühəndis heyyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 m2 ərazidə yerləşir.

Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə iki yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Şahdağ Turizm Mərkəzinin sədri Rodderich Leffler yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndələrin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir”. Eyni zamanda qeyd edib ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

 

 
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti