|
Dünya bazarlarında neft qiymətləri bahalaşıb.
24 fevral 2020-ci il tarixindən sonra ilk dəfə “Brent” markalı neftin bir barelinin dəyəri 57 ABŞ dollarını keçib.
Yanvarın 13-də “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0.48 faiz bahalaşaraq bir barel üçün 57.03 dollara yüksəlib.
WTI markalı neftin fevral fyuçersləri isə 0.66 faiz bahalaşaraq bir barel üçün 53.56 dollara bərabər olub.