|
Avropadakı qazın qiyməti bu gün keçirilən ticarət sessiyası zamanı yenə tarixi rekordunu yeniləyib və 1 100 dolları ötüb.
“Yol-xeber.az”ın məlumatına görə, bu barədə “Intercontinental Exchange” (ICE) məlumat bazasında qeyd olunub.
Belə ki, Niderlandın TTF likvid şəbəkəsində noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1 101,6 ABŞ dollarına bərabər olub. Günün əvvəlindən etibarən qazın dəyərində ümumi artım təqribən 5% olub.